Cümə, 17 May

"Taliban" mənim qardaşımdır" - Əfqanıstanın keçmiş prezidenti

image

2004-2014-cü illərdə Əfqanıstanın prezidenti olmuş Həmid Kərzai BBC-yə müsahibə verib.

Xəbər verilir ki, Kərzai müsahibəsində “Taliban”ı “qardaşları” olaraq xarakterizə edib. Həmçinin də,  Kərzai ölkənin yeni hökmdarları ilə məhsuldar görüşlər keçirdiyini və ölkənin üzləşdiyi problemləri müzakirə etdiyini bildirib:

“”Taliban” üzvləri və bütün əfqan xalqı mənim ailəmdir. Beynəlxalq ictimaiyyəti, xüsusilə ABŞ-ı “Taliban”a dəstək verməyə çağırıram”.

“Taliban” hakimiyyəti ölkəni ələ keçirdikdən sonra Əfqanıstanı tərk etməyən keçmiş prezidenti “Taliban”ı “qardaşlarım” adlandıracağını ifadə  edib:

“Bu, bizim ölkəmizdir… gəlin birlikdə quraq; Gəlin birlikdə işləyək… Onlarla (Taliban) danışıqlarım oldu, bir çox məsələlərdə çox yaxşı keçdi. Onlar mənim qardaşlarımdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58